12:57 23-01-2012
news_image

“Böyük Dəbilqə” üçün Azərbaycan millisinin heyəti açıqlandı

Fevralın 4-5-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu London-2012-yə lisenziya xalı verəcək yarışda 9 idmançını sınamağa qərar veriblər.

Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).

Qeyd edək ki, mükafat fondu 150 min ABŞ dolları olan “Böyük Dəbilqə”də 104 ölkənin 709 (420 kişi, 289 qadın) cüdoçusu qüvvəsini sınayacaq.