16:33 23-01-2012
news_image
1262
DİGƏR NÖVLƏR

Dövlət Statistika Komitəsi idmanla bağlı yekunları açıqladı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2011-ci il üçün idmanla bağlı yekun rəqəmləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum ötən il Tovuz, İmişli, Qəbələ və Sumqayıtda Olimpiya İdman Kompleksi, Balaxanı qəsəbəsində İdman Mərkəzi, Binə qəsəbəsində isə idman zalı istifadəyə verildiyini bildirib.

İlkin məlumatlara görə, 2012-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,5 minə çatmış, idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, atletika, basketbol, dama, karate, cüdo və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir.

Ölkə idmançıları 2011-ci ili də uğurla başa vurublar. Müxtəlif beynəlxalq yarışlardan qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 276-dır.

Azərbaycan dövlətinin idman və bədən tərbiyəsinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu sahədə sürətli inkişaf davam edir.