10:17 25-01-2012
news_image
826
STOLÜSTÜ OYUNLAR

Növbəti xal bölgüsü

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə istirahət yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışın 9-cu oyun günündə azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) növbəti dəfə lövhədən 0,5 xalla ayrılıblar.

Rəcəbov qara fiqurlarla SOCAR-da komanda yoldaşı olan Qata Kamski (ABŞ, 2732) ilə qüvvəsini sınayıb. O, Bakı klubunun digər üzvü Veselin Topalovla oyunda olduğu kimi bu dəfə də heç-heçəyə razılaşıb.

Həşimov isə David Navara (Çexiya, 2712) ilə xalları yarı bölüb – 0,5:0,5.

Turun sensasiyası Maqnus Karlsen (Norveç, 2835) – Sergey Karyakin (Rusiya, 2769) görüşündə qeydə alınıb. Norveçli qrossmeyster gözlənilmədən məğlubiyyətlə üzləşib. Bu isə ona liderliyi təhvil verməsi bahasına başa gəlib.

IX tur
Maqnus Karlsen (Norveç, 2835) – Sergey Karyakin (Rusiya, 2769) – 0:1
Levon Aronyan (Ermənistan, 2805) – Fabiano Karuana (İtaliya, 2736) – 1:0
Qata Kamski (ABŞ, 2732) – Teymur Rəcəbov (2773) – 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2766) – Aniş Qiri (Hollandiya, 2714) – 1:0
Hikaru Nakamura (ABŞ, 2759) - Veselin Topalov (Bolqarıstan, 2770) - 0,5:0,5
Lyuk Van Veli (Hollandiya, 2692) – Boris Gelfand (İsrail, 2739) – 0,5:0,5
Vüqar Həşimov (2761) - David Navara (Çexiya, 2712) – 0,5:0,5

9 turdan sonra turnir cədvəli: Aronyan – 6,5 xal; Karlsen, Rəcəbov, İvançuk – 5,5; Nakamura – 5; Karuana, Karyakin, Van Veli – 4,5; Qiri, Topalov, Kamski – 4; Həşimov, Gelfand – 3,5; Navara – 2,5.

Qeyd edək ki, X turda Rəcəbov Lyuk Van Veli ilə, Həşimov Gelfandla üz-üzə gələcək.