10:34 25-01-2012
news_image
886
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovdan uğurlu start

Qibraltarda şahmat üzrə beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov (2747) ilk turu qələbə ilə başa vurub.

O, mükafat fondu 155 min funt-sterlinq olan yarışın ilk oyununda braziliyalı Roberto Molinanı (2415) məğlub edib.

Qeyd edək ki, turnirə fevralın 2-də yekun vurulacaq.