16:17 25-01-2012
news_image
884
DİGƏR NÖVLƏR

“Bakı”nın qalibləri bəlli oldu - FOTO

“Bakı” Sualtı Ovçular Klubunun təşkilatçılığı və “Alfamarine” şirkətinin dəstəyi ilə “Şəfa” İdman və Sağlamlıq Kompleksində I Respublika Sualtı Hədəfə Atıcılıq Turniri keçirilib. Apasport.az saytının xəbərinə görə, 14 idmançının qatıldığı turnirin nəticələrinə əsasən ilk yerin sahibi İlya Zverev olub. Denis Novotorjin ikinci, Dmitri Zverev isə üçüncü yerə sahib çıxıb.

Turnirin sonunda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmış, onlara diplom və kuboklar təqdim olunub.

Yarışın keçirilməsi Azərbaycanda aktiv su idman növlərinin təşəkkül tapmasına və inkişafına yönəldilmiş bir addımdır. 2012-ci ilin dövlət başçısı tərəfindən məhz idman ili elan edilməsi ilə bağlı olaraq, “Bakı” Sualtı Ovçular Klubu ölkədə bu idman sahəsinin geniş kütlələr arasında populyarlaşdırılması və gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği istiqamətində səylərini bundan sonra da davam etdirəcək.