18:45 25-01-2012
news_image

Yığmamız Tiflisə 23 nəfərlə yollanır

Yanvarın 28-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası 23 cüdoçu ilə təmsil olunacaq.

Bunlar Vüqar Şirinli, Orxan Səfərov, Əli Rzayev, Rasim Əsədullayev (hamısı 60 kq), Nicat Şixalizadə, Mahir Cəfərli, Samir Xankişiyev (hamısı 66 kq), Elvin Əhmədli, Rüstəm Orucov, Fuad Həbibzadə, Ramil Qasımov (hamısı 73 kq), Elxan Rəcəbli, Murad Rəcəbli, Məhəmmədəli Məmmədli, Rüstəm Alimli (hamısı 81 kq), Şahin Qəhrəmanov, Kənan Nağıyev (hamısı 90 kq), Elmar Qasımov, Əlixan Həsənov, Zaur Abdullayev, Nizami Məmmədov (100 kq), Emil Tahirov və Abdulla Rəsulovdur (hər ikisi +100 kq).

Qeyd edək ki, Dünya Kuboku 2 gün davam edəcək.