10:41 26-01-2012
news_image
1121
STOLÜSTÜ OYUNLAR

Sabah Hollandiyada Azərbaycan dueli olacaq

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə X turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) yenə xal itkisi ilə üzləşiblər.

Belə ki, ağ fiqurlarla oynayan Rəcəbov Lyuk Van Veli (Hollandiya, 2692) görüşdə üstünlüyündən istifadə edə bilməyib və ənənəsini davam etdirib. “Sülhsevər oğlanımız” yenə xal bölgüsünə üstünlük verib.

Həşimov isə qara fiqurlarla Boris Gelfandla (İsrail, 2739) qarşılaşıb. O da komanda yoldaşı kimi lövhədən 0,5 xalla ayrılıb.

X tur
Veselin Topalov (Bolqarıstan, 2770) - Fabiano Karuana (İtaliya, 2736) – 0:1
Aniş Qiri (Hollandiya, 2714) – Levon Aronyan (Ermənistan, 2805) – 0:1
David Navara (Çexiya, 2712) – Vasili İvançuk (Ukrayna, 2766) –0:1
Boris Gelfand (İsrail, 2739) – Vüqar Həşimov (2761) - 0,5:0,5
Teymur Rəcəbov (2773) – Lyuk Van Veli (Hollandiya, 2692) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2769) – Qata Kamski (ABŞ, 2732) – 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2759) - Maqnus Karlsen (Norveç, 2835) - 0,5:0,5


10 turdan sonra turnir cədvəli: Aronyan – 7,5 xal; İvançuk – 6,5; Karlsen, Rəcəbov – 6; Nakamura, Karuana – 5,5; Kamski, Van Veli – 5; Karyakin – 4,5; Qiri, Topalov, Həşimov, Gelfand – 4; Navara – 2,5.

Qeyd edək ki, yarışda bu gün istirahət günüdür. Sabah keçiriləcək XI turda isə Azərbaycan dueli – Həşimov – Rəcəbov görüşü baş tutacaq.