10:35 26-01-2012
news_image
741
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan asan mat

Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışdakı həmyerlimiz Şəhriyar Məmmədyarov (2747) ikinci görüşünü də layiqli qələbə ilə başa vurub.

O, bu dəfə israilli Nabati Tamarı (2563) mat edib. Rəqib Məmmədyarov qarşısında 27-ci gedişdə “ağ bayraq” qaldırıb.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar III turda Naycel Şortla (İngiltərə, 2677) qarşılaşacaq.