17:19 27-01-2012
news_image
1631
DÖYÜŞ NÖVLƏRİ

Fərid Mansurovdan maraqlı təklif

Güləş üzrə Olimpiya çempionumuz Fərid Mansurov bu gün Gənclər və İdman Nazirliyində 2012-ci ilin Azərbaycan Prezidenti tərəfindən “İdman ili” elan edilməsi ilə bağlı keçirilən tədbirdə maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, artıq karyerasını bitirən 30 yaşlı güləşçimiz bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında bayraqdar məsələsinə toxunub.

Mansurov hesab edir ki, Olimpiadanın açılış mərasimində iştirakçı ölkənin bayrağını yığmanın heyətinin hansısa üzvünün deyil, artıq karyerasını bitirən Olimpiya çempionunlarından birinin aparmağı daha məqsədəuyğundur: “Mən fikrimi öz başıma gələn hadisə ilə izah edirəm. Belə ki, 2008-ci ildə Pekin Olimpiadasında ölkəmizin bayraqdarı mən idim və bir neçə saat davam edən paradın sonunda soyuqladım. Nəticədə həmin axşam hərarətim qalxdı. Bu, mənim həmin möhtəşəm yarışda uğursuz çıxışıma birbaşa mənfi təsir göstərdi. Ona görə də Londondakı yarışda hansısa idmançımızın yox, karyerası artıq bitirmiş Olimpiya çempionumuzu bayrağı daşımağını daha məqsədəuyğun sayıram”.

Qeyd edək ki, karyerasını bitirəndən sonra bir müddət yunan-Roma yığmamızın baş məşqçisi olan Mansurov oradan istefa verdikdən sonra Güləş Nazirliyində vitse-prezident vəzifəsində çalışıb.