10:18 28-01-2012
news_image
1109
STOLÜSTÜ OYUNLAR

Azərbaycan derbisində Rəcəbov sevindi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə XI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) bu dəfə bir-biri ilə qarşılaşıblar. Azərbaycan derbisi artıq 53-cü gedişdə qaralarla oynayan Teymurun xeyrinə başa çatıb. Ümumilikdə cəmi 1 heç-heçənin qeydə alındığı turda liderlər Levon Aronyan və Vasili İvançuk məğlub olublar. Bunun nəticəsində Rəcəbov zirvəyə bir az da yaxınlaşıb. Hazırda 2-ci yerə şərik olan şahmatçımız liderdən cəmi yarım xal geri qalır.

XI tur
Qata Kamski (ABŞ, 2732) – Hikaru Nakamura (ABŞ, 2759) – 0,5:0,5
Lyuk Van Veli (Hollandiya, 2692) – Sergey Karyakin (Rusiya, 2769) – 0:1
Vüqar Həşimov (2761) - Teymur Rəcəbov (2773) – 0:1
Vasili İvançuk (Ukrayna, 2766) – Boris Gelfand (İsrail, 2739) – 0:1
Levon Aronyan (Ermənistan, 2805) – David Navara (Çexiya, 2712) – 0:1
Maqnus Karlsen (Norveç, 2835) - Veselin Topalov (Bolqarıstan, 2770) – 1:0
Fabiano Karuana (İtaliya, 2736) – Aniş Qiri (Hollandiya, 2714) – 1:0

11 turdan sonra turnir cədvəli: Aronyan – 7,5 xal; Karlsen, Rəcəbov – 7; İvançuk, Karuana – 6,5; Nakamura – 6; Kamski, Karyakin – 5,5; Van Veli, Gelfand - 5; Qiri, Topalov, Həşimov – 4; Navara – 3,5.