10:42 31-01-2012
news_image
741
STOLÜSTÜ OYUNLAR

Yeni Azərbaycan çempionu müəyyənləşib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Vüqar Rəsulov qazanıb.

O, 9 turdan 7 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb. Rəsulovdan 0,5 xal geri qalan Azər Mirzəyev gümüş medala yiyələnib. Üçüncü yer isə Vasif Durarbəyliyə (6 xal) qismət olub.

Qeyd edək ki, çempionatda yığmamızın liderləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov iştirak etməyiblər.