15:24 31-01-2012
news_image
920
STOLÜSTÜ OYUNLAR

Azərbaycan və Rusiya milli komandaları yoxlama görüşü keçirəcəklər

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan və Rusiya milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, hələ yeri dəqiqləşməyən qarşılaşmada hər yığmanın heyətində 5 zəka sahibi iştirak edəcək.

Martın 2-dən 6-dək keçiriləcək ilk 5 oyun günündə şahmatçılar klassik sistemlə oynayacaqlar. Yığmanın hər bir üzvü əks düşərgədən olan 5 rəqibi ilə üz-üzə gələcək.

Martın 7-8-də isə onlar sürətli şahmatda bir-birlərini sınağa çəkəcəklər. Bu görüş Olimpiada öncəsi olacağından hər 2 komandanın əsas heyətlə yarışacağı gözlənilir.

Qeyd edək ki, təklif Rusiya tərəfindən gəlib və Azərbaycan da bunu böyük məmnuniyyətlə qəbul edib.