10:20 01-02-2012
news_image
800
DİGƏR NÖVLƏR

İranda idmançı əhalinin gözü qarşısında edam edilib

İranın Kərəc şəhərində kikboksinq üzrə məşqçi edam edilib. APA-nın məlumatına görə, polis məmurunu öldürməkdə təqsirləndirilən Həsən Arminin (Mafi) işinə Kərəc Məhkəməsinin birinci şöbəsində baxılıb. Ölümə məhkum edilən idmançı 2012-ci il yanvarın 31-də əhalinin gözü qarşısında dar ağacından asılıb.

Qeyd edək ki, kikboksinq üzrə məşqçi Həsən Armin 2009-cu ildə polis tərəfindən təqib edilərkən Qurbanəli Nəzəri adlı məmur onun idarə etdiyi avtomobilin altına düşüb. Polisin açdığı güllə ilə sol çiynindən yaralanan idmançı həbs edilib. Yayılan xəbərlərə görə, Həsən Armin zindanda ağır işgəncələrə məruz qalıb.