10:22 01-02-2012
news_image
843
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan növbəti heç-heçə

Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə daha bir tur arxada qalıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) VIII oyun günündə də xal itkisi ilə üzləşib.

Həmyerlimiz Neci Parimaryanın (Hindistan, 2641) ardından Maykl Adamsla (İngiltərə, 2724) da heç-heçə edib. Bu heç-heçədən sonra Məmmədyarov 6 xalla 256 şahmatçı arasında 4-cü yerdədir.

Qeyd edək ki, Şəhriyar sonuncu - IX turda ABŞ-ı təmsil edən erməni əsilli Varuzan Akobyanla (2617) qarşılaşacaq.