13:58 01-02-2012
news_image
860
DİGƏR NÖVLƏR

Azərbaycan Milli Məclisi Beynəlxalq Olimpiya Komitəsinə müraciət qəbul edib

Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edib. APA-nın məlumatına görə, müraciət MM-in bu gün başlayan yaz sessiyasının ilk iclasında səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Oqtay Əsədov deyib ki, MM adından hazırlanmış müraciət BOK-a göndəriləcək.