17:32 01-02-2012
news_image

Dünya Kubokunda 3 medal

Qazaxıstanın Uralsk şəhərində sambo üzrə keçirilən ölkə prezidenti Nursultan Nazarbayevin mükafatları uğrunda Dünya Kubokunun mərhələ yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 6 idmançı ilə qatılan Azərbaycan milli komandası turnirdə 3 bürünc medala sahib olub.

Mübariz İbrahimovun yetirmələrindən Ağasif Səmədov (52 kq), Zülfüqar Quliyev və Samir Kərimov (hər ikisi 74 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, komanda hesabında birinci yeri Qazaxıstan yığması tutub. Onlar 7 qızıl, 10 gümüş və 22 bürünc medal qazanıblar.