00:03 02-02-2012
news_image

“Baku Fires” – “Paris United”: Heyətlər açıqlandı

Fevralın 4-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunun döyüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, həmin gün “Baku Fires” Fransanın “Paris United” komandası ilə qarşılaşacaq.
Komandaların heyətləri artıq məlumdur:
Baku Fires - Paris United
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdelkader Şadi (Əlcəzair)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa)

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya)

+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya)
Turnir cədvəli:
1. Baku Fires – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)
2. Leipzig Leopards – 13, 20-15 (7)
3. Mexico City Guerreros – 13, 19-15 (7)
4. Paris United – 8, 11-18 (6)
5. Istanbul Bosphorus – 8, 14-21 (7)
6. Beijing Dragons – 3, 5-25 (6)