11:09 02-02-2012
news_image
1067
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan Akobyana şahmat dərsi

Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə növbəti turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) IX turda ABŞ-ı təmsil edən erməni əsilli Varuzan Akobyanla (2617) qarşılaşıb.

Həmyerlimiz ardıcıl 2 heç-heçənin ardınca bu dəfə qələbə qazanıb. O, 104-cü gedişdə Akobyanı mat edib.

Bu qələbədən sonra Məmmədyarov 7 xalla 256 şahmatçı arasında 3-cü yerə yüksəlib. Onun X turda rəqibi yarışın vahid lideri, 7,5 xala malik çinli Yifan Hou (2605) olacaq.