09:55 03-02-2012
news_image
933
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Qibraltardan medalsız qayıdır

Qibraltarda şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) sonuncu - X turda dünya çempionu çinli Yifan Hou (2605) ilə qüvvəsini sınayıb.

Həmyerlimiz bu dəfə qələbə seriyasını davam etdirə bilməyib və xanım şahmatçı ilə heç-heçə edib.

Nəticədə Məmmədyarov Maykl Adamsla bərabər 7,5 xal toplasa da, əlavə göstəricilərə görə 4-cü yeri tutub. Turnirin qalibi adını isə Naycel Şort qazanıb. O, Şəhriyardan 1 xal çox toplayıb.