09:36 06-02-2012
news_image

“Baku Fires” qrup birinciliyini təmin etdi

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunun matçında Azərbaycanın “Baku Fires” və Fransanın “Paris United” komandaları qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi 3:2 hesabı ilə qalib gələrək aktivinə növbəti 3 xalını qazanıb. Bununla da komandamız qrupda birinci yeri təmin edib.

Döyüşlərin nəticələri:
“Baku Fires” – “İstanbul Bosphorus”


54 kq
Qairbek Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair) – 50:45, 49:46, 49:46

61 kq
Mədadi Naqzibəyov (Tacikistan) – Abdelkader Şadi (Əlcəzair) - 48:47, 45:50, 47:48

73 kq
Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa) - 49:46, 49:46, 48:4

85 kq
Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya) - 49:46, 49:46, 49:46

+91 kq
Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya) - 49:46, 49:46, 49:46

Qeyd edək ki, komandamızın yer aldığı B qrupunda “İstanbul Bosphorus” (Türkiyə) “Leipzig Leopards” (Almaniya) klubunu 4:1 hesabı ilə məğlub edib. “Mexico City Guerreros” (Meksika) və “Beijing Dragons” (Çin) klubları arasında matç isə təxirə salınıb.

Turnir cədvəli:
1. Baku Fires – 24 xal, döyüşlərin fərqi - 33-7 (8 matç)
2. Leipzig Leopards – 13, 21-19 (8)
3. Mexico City Guerreros – 13, 19-15 (7)
4. Paris United – 12, 17-22 (8)
5. Istanbul Bosphorus – 11, 18-22 (8)
6. Beijing Dragons – 3, 6-29 (7)