16:31 06-02-2012
news_image
968
DİGƏR NÖVLƏR

Təmsilçimiz “Miss Valentina”da

Fevralın 10-12-də Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Müqəddəs Valentin Günü münasibətilə baş tutacaq “Miss Valentina”da Azərbaycanı Aliyə Qarayevə təmsil edəcək.

Yarışa Azərbaycanla yanaşı, 30 yaxın ölkənin gimnastlarının qatılacağı gözlənilir və bu səbəbdən də artıq London-2012-yə lisenziya qazanmış həmyerlimizin rəqibləri sırasında dünya ulduzları yer alacaqlar.

Qeyd edək ki, “Miss Valentina” 1995-ci ildən keçirilir.