11:12 07-02-2012
news_image
680
DİGƏR NÖVLƏR

Aşumova irəlilədi, Meftahətdinova yerində saydı

Beynəlxalq Atıcılıq Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahını Azərbaycan snayperləri üçün uğurlu saymaq olar.

Belə ki, London-2012-yə lisenziya qazanmış İradə Aşumova 10 metr məsafəyə atəş açmaqda 1 pillə irəliləyərək, 59-cu yerə yüksəlib. Bu məsafədə Nigar Bağırova 3 rəqibini qabaqlayıb və 76-cı pilləyə qalxıb. Gənclər arasında Avropa çempionumuz 25 metr məsafəyə atəş açmaqda da 113-cü yerə yüksəlib. O, burada 6 pillə qabağa gedib. Lakin Aşumova yetirməsindən fərqli, bu məsafədə 35-ci yeri 37-yə dəyişib.

Güllə atıcılarımızdan Ruslan Lunyov da 10 metr məsafəyə atəş açmaqda 1 pillə aşağı enib və 55-ci yerdə qərar tutub.

Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinovanın mövqeyində dəyişiklik olmayıb. O, əvvəlki kimi yenə 16-cıdır. Təəssüf ki, skit növündə mübarizə aparan Nurlana Cəfərova 3, Emin Cəfərov 2 pillə geriləyiblər. Onlar son siyahıda müvafiq olaraq, 37-ci və 41-cidirlər.