12:31 07-02-2012
news_image
1003
DİGƏR NÖVLƏR

2011-ci ilin ən yaxşı idmançıları bəlli oldu

İdmanın “Oskar”ı sayılan Laureus Spor mükafatlarının sahibləri müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Londonda keçirilən təntənəli mərasimdə 2011-ci ilin ən yaxşı idmançıları mükafatlandırılıb.

Keçən ilin ən yaxşı kişi idmançısı il ərzində 3 dəfə qızıl medal qazanmış serb tennisçi Novak Djokovic olub. Keniyalı yüngül atlet Vivian Cheruiot ilin qadın idmançısı mükafatını alıb. 2011-ci ildə uğurlarını yenidən təkrarlamağa başlamış 42 yaşlı qolfçu Darren Clarke əzminə görə mükafatlandırılıb.

Əlil idmançılar arasında protez ayaqları ilə məharətini ortaya qoymuş Güney Afrika Respublikasının idmançısı Oscar Pistorius fərqlənib.