17:00 08-02-2012
news_image

Bakı Avropa çempionatına hazırlaşır

Fevralın 10-12-də Bakıda karatenin WKF versiyası üzrə yeniyetmə və gənclər arasında 39-cu Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.

Qitənin ən mötəbər birinciliyinin təntənəli açılış mərasimi fevralın 10-u, saat 16:00-a baş tutacaq. Fevralın 9-u, saat 13:00-da isə “Avropa” otelində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun iştirakı ilə Avropa çempionatına həsr olunmuş mətbuat konfransı təşkil olunacaq.