17:57 09-02-2012
news_image
1178
DİGƏR NÖVLƏR

2014-cü il Avropa çempionatı Bakıda keçiriləcək

Bədii gimnastika üzrə Avropa çempionatı 2014-cü ildə Bakıda keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu haqda jurnalistlərə ölkəmizdə işgüzar səfərdə olan Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidger məlumat verib.

Qitə birinciliyi “Koroğlu” metrosu yaxınlığında yeni tikiləcək Gimnastika Olimpiya Kompleksində keçiriləcək.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə 3-cü Avropa çempionatı olacaq. Bunadək Bakıda 2007 və 2009-cu illərdə də qitə birinciliyi keçirilib.