00:01 12-02-2012
news_image

Startda 6 medal qazandıq

Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir keçirilir. Apasport.az saytının xəbərinə görə, turnirin ilk günündə 48, 59 və 72 kq çəkidə qadın güləşçilər, 55 və 74 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Təmsilçilərimiz ilk gün 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Sərbəst güləşçilərin yarışında Mahmud Məhəmmədov (55 kq) qızıl, Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında isə 1 qızıl və 2 gümüş medal qazandıq. 48 kq çəkidə finalda bir-birilə qarşılaşan Marziget Baqomedova qızıl, Kəmalə Əliyeva gümüş medal əldə edib. Digər gümüş medalı isə komandamıza Natalya Palamarçuk (72 kq) qazandırıb.