23:50 11-02-2012
news_image

“Baku Fires” qələbədən doymur

Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçında Leipzig Leopards (Almaniya) və Baku Fires (Azərbaycan) komandaları qarşılaşıblar. Apasport.az saytının xəbərinə görə, təmsilçisi 4:1 hesabı ilə qalib gəlib və aktivinə 9-cu qələbəsini yazıb.
Leipzig Leopards - Baku Fires
Döyüşlərin nəticələri:
54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan) - 49:46, 47:48, 47:48
61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan) – 45:50, 45:50, 45:50
73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus) - 45:50, 45:50, 45:50

85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan) - 48:47, 48:47, 48:47

+91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan) - Murtuzəliyev 2-ci raundda texniki nokautla qələbə qazanıb
Dünən “B” qrupunda daha bir matç keçirilib. İstanbulda yerli Istanbul Bosphorus klubu Mexico City Guerreros-a (Meksika) 0:5 hesabı ilə məğlub olub. Baku Fires qrup mərhələsində sonuncu matçını məhz Meksikada keçirəcək. Döyüşlər fevralın 17-də baş tutacaq.
Тurnir cədvəli:
1. Baku Fires – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç)
2. Mexico City Guerreros – 16, 24-15 (8)
3. Leipzig Leopards – 13, 22-23 (9)
4. Paris United – 12, 17-22 (8)
5. Istanbul Bosphorus – 11, 18-27 (9)
6. Beijing Dragons – 3, 6-29 (7)
Əlavə etmək lazımdır ki, artıq komandamızın pley-off mərhələsində ilk rəqibi məlumdur. Bu “A” qrupunda 4-cü yeri tutan Hindistanın Venky’s Mumbai Fighters klubudur. 1/4 final matçları martın 2/3 və 9/10 tarixlərinə salınıb. Baku Fires qrup qalibi olaraq birinci matçı səfərdə keçirəcək.