10:17 13-02-2012
news_image

Bu dəfə 1 gümüş

Kişi cüdoçular arasında Avstriyada, qadın cüdoçular arasında Macarıstanda keçirilən Dünya Kuboklarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu 2 yarışa 6 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 1 gümüş medal olub.

Bu uğura İlqar Müşkiyev (60 kq) imza atıb. Avstriyada keçirilən turnirdə yerli cüdoçu Matias Huemer, bolqarıstanlı Yanislav Gerçev və isveçrəli Mixael İtenə ipponla qalib gələn həmyerlimiz finalda özü eyni ssenari ilə uduzub. O, koreyalı Von-Cin Kimə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb. Elmar Qasımov (100 kq) isə 1/4 finalda məğlub olub və 7-ci yeri tutub. Bununla da yığmamız komanda hesabında Estoniya ilə 8-9-cu yerləri bölüşüb.

Macarıstanda isə Kifayət Qasımova (57 kq) 7-ci olub.