14:50 13-02-2012
news_image
775
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə: Namizədliyimizin uğurlu olacağına inanıram

“Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bizim 2020-ci il Yay Olimpiya Oyunlarına namizədlik üçün Sifariş Kitabı hazırlanması uğurla baş çatıb”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK rəsmisi bildirib ki, Sifariş Kitabı sabah rəsmən Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı qərargahına rəsmən təqdim ediləcək: “Bu kitab, faktiki olaraq bizim rəsmi müraciətimizdir və o, yerli və xarici mütəxəssislərin köməyi ilə çox yüksək standartlara uyğun hazırlanıb. Kitabın hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və namizədliyimizin uğurlu olacağına inanıram”.

Qeyd edək ki, İsveçrəyə yollanacaq Azərbaycan nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edəcək. Heyətdə, həmçinin Hüseynzadə ilə yanaşı, Bakı-2020-nin icraçı-direktoru Könül Nurullayeva, Bakı-2020 Təşkilat Komitəsində Kommunikasiyalar üzrə rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Zemfira Meftahətdinova və digər rəsmilər daxildir.