17:46 13-02-2012
news_image
860
FUTBOL

“Xəzər Lənkəran” – AZAL matçının hakimi müəyyənləşdi

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək oyunları idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytı 2012-ci ilin ilk təyinatlarını açıqlayıb. Turun “Bakı” və “Qarabağ” arasında mərkəzi oyunu Əliyar Ağayevə tapşırılıb. FİFA hakimlərimizdən Anar Salmanovla Fariz Yusifov iş başında olacaqsa zədə üzündən Türkiyə toplanışına qatılmayan Vüsal Əliyev ilin ilk turunda istirahət edəcək.

15 fevral (çərşənbə)

14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər:
Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
"Şəfa" stadionu

14:00. "Bakı" - "Qarabağ"
Hakimlər:
Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança

16:00. "Xəzər Lənkəran" – AZAL
Hakimlər:
Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov
Lənkəran şəhər mərkəzi stadionu

16 fevral (cümə axşamı)

13:00. "Simurq" - "Qəbələ"
Hakimlər:
Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala şəhər stadionu

14:00. "Rəvan" - "Turan"
Hakimlər:
Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
"Dalğa Arena" stadionu

14:00. "Kəpəz" - "İnter"
Hakimlər:
Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu