11:00 15-02-2012
news_image

Bu dəfə irəliləyə bilmədik

Beynəlxalq Cüdo Federasiyası Dünya Kubokunun yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan milli komandasının üzvləri üçün ürəkaçan olmayıb.

Belə ki, yığmamızın aparıcı üzvləri İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımovun (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yerlərində sayıblar. Onlar yenə müvaxiq olaraq, 11-ci, 3-cü, 26-cı, 11-ci, 37-ci, 14-cü və 15-ci pillələri tuturlar.

Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləməklə, 14-cü yerə enib.

Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, ötən həftə kişi cüdoçular arasında Avstriyada, qadın cüdoçular arasında Macarıstanda keçirilən yarışlarda yalnız İlqar Müşkiyevin (60 kq) gümüş medal qazanmışdı.