11:19 16-02-2012
news_image
1113
DÖYÜŞ NÖVLƏRİ

Mariya Stadnikin Kiyev qızılı - FOTO

Ukraynanın paytaxtı Kiyevdə sərbəst və qadın güləşi üzrə keçirilən ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparırlar.

Yarışın ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Proqrama əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120 kq-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ardıcıl olaraq 2 Rusiya və 1 Ukrayna təmsilçisinə qalib gələn Stadnik finalda İrini Merleniyə (Ukrayna) qalib (1:0, 1:0) gəlib.
63 kq çəkidə Olesya Zamula və 72 kq-da Dina İvanova isə bürünc medal əldə edib.

Sərbəst güləşçilərimizdən Yaşar Əliyev (55 kq) və İlya Xamikoyev (84 kq) çıxışlarını üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, bu gün 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.