İlk “onluq”dan kənarda
Rusiyanın paytaxtı Moskvada şahmat üzrə keçirilən “Aeroflot open” blits turnirlə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Kosmos” otelində baş tutan yarışa Azərbaycanın 5 zəka sahibi qatılıb.
Təəssüf ki, şahmatçılarımızdan heç biri mükafatçılar sırasında yer ala bilməyib. Yığmamızın lideri Şəhriyar Məmmədyarov 18 mümkün xaldan cəmi 12-sini toplayıb və bu da onun 11-ci yeri tutması ilə nəticələnib. Təmsilçilərimizdən Rauf Məmmədov da komanda yoldaşı ilə eyni xal yığsa da, əlavə göstəricilərə görə 20-ci yeri tutub.
Digər Şahmatçılarımız Eltac Səfərli (10,5 xal) 55-ci, Qədir Hüseynov (10,5) 58-ci və Namiq Quliyev (8) 134-cü olub.
206 şahmatçının mübarizə apardığı turnirin qalibi isə Sergey Karyakin (Rusiya) qazanıb. O, 15 xal toplayıb.