12:49 18-02-2012
news_image

“Baku Fires” Meksikadan qələbə ilə qayıdır

Dörd Azərbaycan boksçusu WS-nın fərdi finalına vəsiqə qazanıb

Bu gün Mexikonun “Foro Polanso” sarayında “Mexico City Guerreros” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) sonuncu 10-cu turunun matçı baş tutub. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz onuncu qələbəsini qazanmaqla, Meksikada qalib gələn ilk komanda olub – 3:2.
Rinqə ilk olaraq yüngülçəkililər - meksikalı Aaron Alameda Lopes və Baku Fires-ın yeni boksçusu Məhəmməd Qurbanov çıxıb. Rusiyalının debütü uğurlu alınıb. O Meksika çempionu üzərində 49:46, 49:46, 47:48 hesabı ilə üstünlük əldə edib.
Baku Fires-ın 61 kq-dək çəki dərəcəsində çıxış edən boksçusu Mədadi Naqzibəyov qələbə qazanacağı təqdirdə fərdi finalda çıxış etmək hüququ əldə edəcəkdi, lakin təəssüf ki, Xurşid Tocibayevə məğlub oldu. Hər üç hakim 50:45 hesablı qələbəni 22 yaşlı özbək boksçuya verib.
Heybulla Mürsəlov üçün də Meksikadakı döyüşün xüsusi əhəmiyyəti var idi. Bolqar Mladen Manevlə qarşılaşmada əldə olunan uğur onu finala çıxardı. Avropa çempionatının mükafatçısı Mürsəlova güclü müqavimət göstərsə də məğlub olub - 45:49, 47:47, 46:48. Heybulla finala çıxdı, burada onun rəqibi İtaliyanın Dolce & Gabbana Milano Thunder komandasından ukraynalı Serqey Derevyançenko olacaq.
Məhəmməd Qurbanovdan fərqli olaraq Rəcəb Əliyev (85 kq) uğursuz debüt etdi. Xorvat Boyan Miskoviç Azərbaycan komandasının 19 yaşlı yeni boksçusundan güclü olub - 50:45, 49:46, 49:46.
Lakin superağır çəkili Fərid Şabanov əla start götürüb. Onun rəqibi Omar Qarsiya ikicə raund tab gətirə bilib. Meksikalı 3 raunda çıxa bilmədi və Azərbaycan çempionanıtının gümüş mükafatçısı texniki nokautla qələbə qazandı.

Beləliklə, Baku Fires üçün müntəzəm mövsüm başa çatdı. Yüzfaizlik göstərici ilə “B” qrupunun qalibi olan komandamız martın 2-də Hindistanda “A” qrupunda 4-cü yeri tutan yerli Venky’s Mumbai Fighters komandasına qarşı ilk 1/4 final matçına çıxacaq. Cavab görüşü martın 10-da Bakıda keçiriləcək. Bu cütün qalibi yarımfinalda Dolce & Gabbana Milano Thunder - Paris United cütnün qalibi ilə qarşılaşacaq.
Bu həftə qrupumuzda Paris United – Leipzig Leopards görüşü də baş tutub ki, burada fransızlar 4:1 hesabı ilə qalib gəliblər. “B” qrupunda daha iki matç keçiriləcək. Beijing Dragons – Istanbul Bosphorus görüşü mühüm əhəmiyyət kəsb edəcək. Türklər qələbə qazanacaqları təqdirdə 4-cü yeri tutacaq və pley-off-a düşəcəklər.
Turnir cədvəli:
Baku Fires – 30 xal, döyüşlərin fərqi – 40-10 (10 matç)
Mexico City Guerreros – 20, 31-18 (10)
Paris United – 15, 21-23 (9)
Leipzig Leopards – 13, 23-27 (10)
Istanbul Bosphorus – 11, 18-27 (9)
Beijing Dragons – 3, 6-34 (8)
Fərdi finallarla bağlı qeyd edək ki, bura Baku Fires komandasından Heybulla Mürsəlovla yanaşı rəqibi Mexico City Guerreros-dan Elias Emiqdio olacaq Qairbek Qermaxanov (54 kq), həmçinin 85 kq-dək çəki dərəcəsində finalda bir-biri ilə qarşılaşacaq Azamat Murtuzaliyev və Ramazan Məhəmmədov vəsiqə qazanıb.