04:20 19-02-2012
news_image
1370
DÖYÜŞ NÖVLƏRİ

Starda biabırçılıq

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri Azərbaycan milli komandası üçün uğursuz start götürüb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən yarışın ilk günündə tatamiyə çıxan 6 cüdoçumuzun heç biri mükafatçılar sırasında yer ala bilməyib.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən Orxan Səfərov (60 kq) Kifayət Qasımova (57 kq) birinci, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Ramilə Yusubova (63 kq) ikinci döyüşündə uduzublar. Həmyerlilərimizdən yalnız Rüstəm Orucov (73 kq) 1/4 finala kimi irəliləyib. Lakin o, bu mərhələdə hollandiyalı Deks Elmonta məğlub olub və 5-ci yeri tutub.

Qeyd edək ki, Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) bu gün qüvvələrini sınayacaqlar.