10:22 20-02-2012
news_image
893
STOLÜSTÜ OYUNLAR

Məmmədyarova uduza-uduza gedir

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən qadınlar arasında Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə turniri davam edir. Apasport.az saytının məlumatına görə, ilk 2 turda xala həsrət qalan azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova (2318) son 3 görüşündə də mat olub.

Belə ki, təmsilçimiz ardıcıl olaraq, Nadejda Kosinseva (Rusiya, 2537), Anna Muzıçuk (Sloveniya, 2580) və Nana Caqnidze (Gürcüstan, 2535) ilə görüşdə şahını qoruya bilməyib.

Zeynəb bu gün Viktoriya Çmilite (Litva, 2503), Katerina Lahno (Ukrayna, 2557) və Tatyana Kosinseva (Rusiya, 2513) ilə qarşılaşacaq.

5 turdan sonra Anna Muzıçuk 4,5 xalla vahid liderdir.

Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara yiyələnəcək.