12:56 20-02-2012
news_image
1090
STOLÜSTÜ OYUNLAR

Azərbaycan dünya çempionatının ev sahibliyinə iddia edir

Şahmat üzrə 2013-cü ildə keçiriləcək dünya çempionatı Azərbaycanda təşkil edilə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov məlumat verib.

O bildirib ki, artıq Azərbaycan Şahmat Federasiyası Bakının iddiaçı şəhərlər arasında olacağını təsdiqləyib: “Bu ölkənin nümayəndələri Londondakı iddiaçıların turnirinin yekununa hələ çox qalmış bildirirlər ki, 2013-cü il dünya çempionatına ev sahibliyi etmək istəyirlər. Onlar bu mötəbər yarışı keçirməyə iddiaçı olacaq şəhərlərin mübarizəsinə qoşulmağa hazırlaşırlar”.

Qeyd edək ki, Azərbaycan 2 il ardıcıl iddiaçıların turnirini Bakıda keçirmək istəsə də, erməni Levon Aronyanın ölkəmizə gəlməkdən imtina etməsi səbəbindən bunu reallaşdıra bilmir.