13:02 20-02-2012
news_image

İrana yollanacaq yığmamızın heyəti məlum oldu

Fevralın 24-26-da İranın Qum şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq Yadigar İmam Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə 10 güləşçimiz iştirak edəcək.

Heyətdə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq), Azad Əliyev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Emin Əhmədov (74 kq), Həmzət Usubov, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Araz Həsənov, Murtuza Tağıyev (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) yer alacaq.