14:51 20-02-2012
news_image
847
DİGƏR NÖVLƏR

Snayperlərimizin gülləsi “medaldan” yan keçdi

Finlandiyanın Vierumyaki şəhərində keçirilən 10 metr məsafəyə atəş açmaq üzrə gənclər və böyüklər arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışına 6 snayperlə qatılan Azərbaycan milli komandasının heç bir üzvü mükafatçılar sırasında yer ala bilməyib.

Böyüklər arasında idmançılarımızdan ən yaxşı nəticəni Rəsul Məmmədov göstərib ki, o da 573 xalla 34-cü olub. Ruslan Lunyov isə 42-ci (571) yeri tutub.

Qadınların mübarizəsində İradə Aşumova 49-cu, Nigar Bağırova 51-ci (hər ikisi 571 xal) pillədə qərarlaşıb. Gənclərin yarışında isə Nərminə Səmədova 48-ci (551) olub.

Lakin digər idmançımız Zərifə Qasımovanın adı iştirakçılar arasında olsa da, qeyri-müəyyən səbəbdən yekun cədvəldə yoxdur.