10:04 21-02-2012
news_image
1101
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova xal üzünə həsrət qalıb

Tiflisdə keçirilən qadınlar arasında Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə turnirində növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, ilk 5 oyunda məğlubiyyət acısı yaşayan azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova (2318) daha 3 rəqibi ilə bacarmayıb.

Belə ki, həmyerlimiz Viktoriya Çmilite (Litva, 2503), Katerina Lahno (Ukrayna, 2557) və Tatyana Kosinseva (Rusiya, 2513) ilə görüşlərdə də matdan qaça bilməyib. Nəticədə o, 12 zəka sahibi arasında hələlik xal toplamayan yeganə iştirakçıdır. Turnir cədvəlinə isə aktivlərində 6 xalları olan Lahno və Pia Kramlinq (İsveç, 2491) başçılıq edirlər.

Məmmədyarova bu gün baş tutacaq yarışın son günündə Kramlinq, Aleksandra Kostenyuk (Rusiya, 2537) və Antoaneta Stefanova (Bolqarıstan) ilə oynayacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Qızıl medala yiyələnək şahmatçı isə 10 min dollara yiyələnəcək.