15:44 21-02-2012
news_image
1147
STOLÜSTÜ OYUNLAR

Ruslardan Teymur Rəcəbova dəvət

Rusiyada Mixail Talın xatirəsinə keçirilən ənənəvi beynəlxalq turnirində bu il yenilik olacaq. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin sədri İlya Levitov deyib.

O bildirib ki, 3-cü rusiyalı azarkeşlərin internet vasitəsilə səsverməsi nəticəsində müəyyənləşəcək: “Artıq Maqnus Karlsen, Levon Aronyan, Vladimir Kramnik, Teymur Rəcəbov, Aleksandr Qrişuk, Hikaru Nakamura, Fabiano Karuana və Vasili İvançuka dəvət göndərmişik. Kramnik və Qrişukdan sonra 3-cü rusiyalının kimliyi sonradan müəyyənləşəcək. Buna azarkeşlərin səsverməsinin nəticəsinə əsasən qərar verəcəyik”.