10:09 22-02-2012
news_image
1540
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova sonuncu oldu

Tiflisdə keçirilən qadınlar arasında keçirilən Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova (2318) 12 zəka sahibi arasında sonuncu olub.

Belə ki, ilk 8 turda xal həsrət qalan təmsilçimiz son 3 görüşünün 2-sini yenə məğlubiyyətlə başa vurub. O, Pia Kramlinq (İsveç, 2491) və Aleksandra Kostenyuka (Rusiya, 2537) uduzub. Məmmədyarova son matçında Antoaneta Stefanovaya (Bolqarıstan, 2523) qalib gəlsə də, bu turnir cədvəlində sonuncu pillədən yaxa qurtarmasına kömək etməyib.

Yarışda 1-2-ci yerləri 8 xala malik Kramlinqlə Nana Caqnidze (Gürcüstan, 2535) bölüşüblər.