10:13 24-02-2012
news_image
950
FUTBOL

Berti Foqts yubileyin astanasında

Bu gün Sinqapur milli komandası ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandası üçün Dubaydakı qarşılaşma əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin “The Sevens” stadionundakı matçda qələbə əldə olunarsa bu baş məşqçi Berti Foqts üçün yubiley əhəmiyyəti kəsb edəcək. Belə ki, indiyədək almaniyalının rəhbərliyi altında 9 qələbə qazanan yığmamız yubiley qələbəsinin astanasındadır.

Sinqapurla matç Azərbaycan yığmasının baş məşqçisi Foqtsun bu postda 43-cü qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz olaraq, millimizin “sükanı arxası”nda olan almaniyalı bu müddətdə 9 qələbəyə sevinib. 10 heç-heçə edən Foqtsun yetirmələri 23 dəfə meydanı başıaşağı tərk ediblər. Bu matçlarda yığmamız 32 qolun sevincini yaşayıbsa, 68 dəfə qapıçımız topu tordan çıxarıb

Millimizin Foqtsun rəhbərliyi altında qazandığı bütün qələbələr
4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2
15 oktyabr 2008. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2
10 oktyabr 2009. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
18 noyabr 2009. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0
25 fevral 2010. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
3 mart 2010. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2
12 oktyabr 2010. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
6 sentyabr 2011. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan 3:2
11 noyabr 2011. YO. Tirana. Albaniya – Azərbaycan – 0:1