15:41 25-02-2012
news_image

Monqolla bacarmadı

Bu gün kişi çüdoçular arasında Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Çexiyanın paytaxtı Praqada təşkil olunan yarış Azərbaycan yığması üçün uğursuz başlayıb.

Belə ki, turnirə 2 cüdoçu ilə qatılan millimizin heyətində artıq Orxan Səfərov (60 kq) çıxışını başa vurub. O, ilk mərhələdə kambocalı Ratanakmoni Xoma qalib gəlsə də, ardınca Ser-Od-Nasanjarqala (Monqolustan) uduzub və mübarizəni dayandırıb.

Qeyd edək ki, yığmamızın digər üzvü Elmar Qasımov (100 kq) tatamiyə sabah çıxacaq. Onun rəqibi danimarkalı Kristoffer Holmqaard olacaq.