17:34 25-02-2012
news_image

Erkən vida

Qadın cüdoçular arasında Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kuboku Azərbaycan yığması üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa yalnız Turanə Seyidi (52 kq) ilə qatılan millimiz vətənə əliboş qayıdır.

Belə ki, xanım idmançımız Mariya Qarsiya (Dominikan Respublikası) və Karolina Pyenkovska (Polşa) səddini keçsə də, Roslaba Forcinitiyə (İtaliya) uduzub.

Qeyd edək ki, sabah başa çatacaq yarışda 52 ölkənin 257 cüdoçusu mübarizə aparır.