19:12 27-02-2012
news_image
584
DİGƏR NÖVLƏR

Dubaydan bürünc medalla

Paralimpiyaçı pauerliftinqçilər arasında Dubayda keçirilən beynəlxalq turnirə yekun vurulub. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən yığmamızın hər 2 idmançısının çıxışı uğurlu alınıb.

Belə ki, Məhərrəm Əliyev (+100 kq) 229 kq ağırlığın öhdəsindən gələrək, bürünc medala layiq görülüb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elşən Hüseynov isə 220 kq nəticə ilə beşinci yeri tutub.

Nəticədə onlar hər ikisi London Yay Paralimpiya Oyunlarına vəsiqə verəcək reytinq cədvəlində yerlərini möhkəmləndiriblər.