11:40 28-02-2012
news_image

London-2012-də taekvondo döyüşlərini idarə edəcək hakimlərin Bakıda seminarı başladı

Bu gün Bakıda London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin I nəzəri-praktiki seminarı başlayır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 2-dək davam edəcək seminarda London Olimpiadasına seçilmiş bütün hakimlər iştirak edəcək. Ədalət təmsilçiləri 30 ölkəni təmsil edir.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binası Dünya Taekvondo Federasiyasının (WTF) Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir paytaxtımıza həvalə olunub.

Qeyd edək ki, seminarla bağlı bu gün mətbuat konfransı keçiriləcək. Tədbir saat 15-00-da ATF-in inzibati-binasında başlanacaq. ATF-in l vitse-prezidenti Füzuli Musayev və London Olimpiadasında taekvondo yarışlarının baş hakimi Şakir Çəlbat media nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirəcəklər.