16:19 28-02-2012
news_image

Kəmaləddin Heydərov Ümumdünya Taekvondo Federasiyasının diplomu ilə təltif olunub

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Vo Çonun təşəkkür diplomu ilə təltif olunub.

Apasport.az saytının məlumatına görə, bu haqda bu gün Bakıda London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin I nəzəri-praktiki seminarı ilə bağlı ATF-nin inzibati binasında keçirilən mətbuat konfransında məlumat verilib. WTF-nin baş katibi Jan-Mare Ayer diplomu ATF-nin vitse-prezidenti Füzuli Musayevə təqdim edib.

Martın 2-dək davam edəcək seminarda London Olimpiadasına seçilmiş bütün hakimlər iştirak edəcək. Hakimlər 30 ölkəni təmsil edirlər.

Qeyd edək ki, ATF-nin inzibati binası Dünya Taekvondo Federasiyasının (WTF) Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir Bakıya həvalə olunub.