18:03 28-02-2012
news_image

Azərbaycanın taekvondo hakimi London-2012 hakimlərinin siyahısına daxil edilib

London Yay Olimpiya Oyunlarında iştirak edəcək taekvondo üzrə hakimlərin tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu il keçiriləcək yarışda ədaləti 30 referi qoruyacaq.

Bu hakimlər arasında Azərbaycan təmsilçisi də yer alıb. Belə ki, Oh Kvanq Çeolun adı London-2012-də iştirak edən hakimlərin siyahısına daxil edilib. Hazırda seçilən hakimlərin hamısı Bakıda I nəzəri-praktiki seminar keçirlər.

Qeyd edək ki, Azərbaycan yığması London-2012-də 2 taekvondoçu ilə təmsil olunacaq.