00:16 29-02-2012
news_image
1392
DÖYÜŞ NÖVLƏRİ

Start heyəti açıqlandı

Martın 2-də Hindistanın Mumbay şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin qarşılaşması baş tutacaq. Apasport.az saytının xəbərinə görə, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə “Venky’s Mumbai Fighters” - “Baku Fires” qarşılaşmasında komandaların heyətləri açıqlanıb.
Venky’s Mumbai Fighters - Baku Fires

54 kq. Citender Kumar (Hindistan) – Qairbek Qermaxanov (Azərbaycan)

61 kq. Çarli Suares (Filippin) – Semyon Qrivaçyov (Azərbaycan)

73 kq. Tomaş Yablonski (Polşa) – Nikolay Veselov (Belarus)

85 kq. Serqey Melnik (Ukrayna) – Vətən Hüseynli (Azərbaycan)

+91 kq. Uaine Fa (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)

“Baku Fires” bu matça yalnız bir liderini – Qairbek Qermaxanovu çıxarır. WSB-nin 54 kq çəki kateqoriyasının liderini Asiya çempionatının mükafatçısı Citender Kumara qarşı çətin döyüş gözləyir.

Vətən Hüseynlinin rinqə ikinci çıxışını da qeyd edək. O, Leipzig Leopards-dan Kevin Küntselə qarşı ilk döyüşündə məğlub olub. Qermaxanovdan başqa, “Baku Fires”in heyətində daha bir boksçu - Nikolay Veselov - məğlubiyyətlə qarşılaşmayıb. O, keçirdiyi hər iki döyüşdə qalib gəlib.